“APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, bunun üçün DSMF yaxın vaxtlarda elektron bazaların birləşdirilməsi haqqında Dövlət Miqrasiya Xidməti ilə müqavilə bağlayacaq: “Bu müqaviləyə uyğun olaraq biz Fondda qeydə alınmış xarici ölkələrin vətəndaşları haqqında məlumatları Dövlət Miqrasiya Xidmətinə təqdim edəcəyik. Öz növbəsində xidmət Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün onlardan icazə almış bütün xarici ölkə vətəndaşları haqqında məlumatları DSMF-yə ötürəcək. Bu məlumatlarda əcnəbilərin hansı şirkətlərin dəvəti ilə gəldikləri də məlum olacaq. Nəticədə hər iki orqan bu sahəni ciddi nəzarətdə
saxlaya biləcəklər”.
S.Müslümov vurğulayıb ki, hazırda DSMF-də 13 500 nəfərə yaxın qeydiyyatda olan xarici ölkə vətəndaşları var. Bunun əsas hissəsini Türkiyə vətəndaşları təşkil edir. Qalan hissəsi isə 70-ə yaxın ölkələrdən gəlib.