Bank Of Baku

Azərbaycanda keçmiş məhkumlar üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur

Azərbaycanda keçmiş məhkumlar üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur
# 28 mart 2014 12:21 (UTC +04:00)

Bakı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda  penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə başlanıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması məqsədinə xidmət edəcək.

 

Bu məqsədlə mərkəz dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində  həmin şəxslərin hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi istiqamətində müvafiq işləri görəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR