Bank Of Baku

Azərbaycanda ləğv edilən QHT-lər öz əmlaklarını hara sərf edəcəkləri barədə dövlət orqanlarına məlumat verəcəklər

Azərbaycanda ləğv edilən QHT-lər öz əmlaklarını hara sərf edəcəkləri barədə dövlət orqanlarına məlumat verəcəklər
# 13 dekabr 2013 09:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda ləğv olunan qeyri-hökumət təşkilatları (QHT) hansı məqsədlərə sərf edəcəkləri barədə dövlətə rəsmi bilgi verməli olacaqlar.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 20-ci maddəsinə əlavələr müzakirəyə çıxarılacaq.

 

Əlavələr layihəsinə görə, QHT ləğv edildikdə, öz əmlakının müvafiq məqsədlərə yönəldilməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyi) təqdim etməlidir.

 

Layihə Milli Məclisin dekabrın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR