Bank Of Baku

Azərbaycanda Milli Qəhrəman övladları ali təhsil xərclərindən azad oluna bilərlər

Azərbaycanda Milli Qəhrəman övladları ali təhsil xərclərindən azad oluna bilərlər
# 09 mart 2013 10:32 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı təhsil haqqında bir sıra hüquqi sənədlərə dəyişikliklər olunması nəzərdə tutulur. Bundan başqa, hazırlanması gözlənilən “Milli Qəhrəmanlar haqqında” qanun layihəsində də bununla bağlı müddəa var.

 

Milli Qəhrəman statusu almış şəxslərin övladları istənilən ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olduqları təqdirdə, onların təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi gözlənilir. “Milli Qəhrəmanlar haqqında” qanun layihəsində əlavə statuslar da nəzərdə tutulur.

 

Qeyd edək ki, hazırda ölkədə ümumilikdə 211 Milli Qəhrəman var. Milli qəhrəmanlara, yaxud onların ailəsinə dövlət tərəfindən 600 manat müavinət verilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR