Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak edən hər bir namizəd test imtahanlarının keçirilmə tarixi barədə məlumatı 21-23 iyul tarixlərində Təhsil Nazirliyinin rəsmi internet saytının “Şəxsi səhifə” bölməsindən ala biləcək.
Qeyd edək ki, bu gündən etibarən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbuluna başlanılıb. Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsinə (http://www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) daxil olaraq elektron ərizələrini verə bilərlər. 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilib. Onlardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənləri üzrədir. Rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisası üzrədir. Elektron ərizələrin qəbulu 15 iyul 2013-cü il tarixində saat 18:00-da başa çatacaq.