Bank Of Baku

Azərbaycanda nikaha girən işsiz cütlükdən biri dövlət tərəfindən işlə təmin ediləcək - YENİLƏNİB

Azərbaycanda nikaha girən işsiz cütlükdən biri dövlət tərəfindən işlə təmin ediləcək - <span style="color: red;">YENİLƏNİB
# 28 noyabr 2013 13:09 (UTC +04:00)

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya açıqlamasında bildirib ki, bu yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsində əksini tapıb.

 

H.Rəcəbli qeyd edib ki, layihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlər təmin olunması ilə bağlı xüsusi müddəalar var: “Bunun üçün xüsusi kvotalar da müəyyənləşdiriləcək. Məqsəd sosial durumu ağır olan ailələrin bu vəziyyətdən birdəfəlik çıxarmaqdır”.

 

H.Rəcəbli həmçinin bildirib ki, yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsində imkanlı ailələrin uşaqlarına yardımı nəzərdə tutan müddəalar da var: “Burada ehtiyacı olan imkanlı gənc ailələrə, imkanlı ailələrin gənc övladlarına psixoloji yardımlar nəzərdə tutulur. Məqsəd ailə institutunun möhkəmləndirilməsidir”.

 

Layihədə eyni zamanda sosial durumu ağır olan gənc ailələrə ipoteka kreditinin uzun müddətə, az faiz və az əməkhaqqı ilə verilməsinə icazə verən müddəalar da var.

 

Qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR