Bank Of Baku

Azərbaycanda ötən il 120 mindən artıq yeni iş yeri açılıb

Azərbaycanda ötən il 120 mindən artıq yeni iş yeri açılıb
# 20 fevral 2013 15:02 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 120,4 min yeni, o cümlədən 95,7 min daimi iş yerləri açılıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Döv­lət Proqramı çərçivəsində 2009-cu il yanvarın 1-dən 2013-cü il yanvarın 1-dək 361,1 min, o cümlədən 275,3 min daimi iş yerləri yaradılıb. Ötən il açılmış daimi iş yerlərinin 8,8%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 21,3%-i mövcud müəssisə və təş­kilatlarda, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 69,2%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

 

«Yeni iş yerlərinin 67,9%-i regionların, o cümlədən 16,7%-i Aran, 14,5%-i Gəncə-Qazax, 6,7%-i Naxçıvan, 7,6%-i Lənkəran, 4,6%-i Şəki-Zaqatala, 4,5%-i Quba-Xaçmaz, 3,9%-i Yuxarı Qarabağ, 4,3%-i Abşeron, 3,7%-i Dağlıq Şirvan, 1,4%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb», - deyə Komitədən bildirilib.

 

İl ərzində ölkədə açılmış daimi iş yerlərinin 5,8%-i dövlət idarəetməsi və müdafiə, sosial təminatında, 4,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 3,1%-i emal sənayesi, 5,5%-i tikinti, 2,2%-i digər sahələrdə xidmətlərin göstərilməsi, 1,2%-i maliyyə və sığorta fəaliyyəti, 1,1%-i peşə, elmi və texniki fəaliyyəti, 1,1%-i nəqliyyat və anbar təsərrüfatı, 0,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR