Bank Of Baku

Azərbaycanda pensiyaların artımı ilə bağlı təkliflər hazırlanır - FOTO

Azərbaycanda pensiyaların artımı ilə bağlı təkliflər hazırlanır - <span style="color: red;">FOTO
# 20 fevral 2013 10:38 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

 

Onun sözlərinə görə, pensiya artımının hansı həcmdə olması DSMF-nin imkanlarından asılı olacaq. S.Müslümov bildirib ki, hazırda DSMF-də sosial sığorta haqlarının toplanması üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilir və pensiya artımının daha böyük olması üçün bu proses davam etməlidir: «Artımın hansı aydan və hansı məbləğdə olacağı barədə bir söz deyə bilmərəm, amma biz bununla bağlı öz təkliflərimizi verəcəyik».

 

Fond rəhbəri bildirib ki, hazırda DSMF-nin maliyyə-büdcə şöbəsi bu proqnozlar üzərində işləyir: «Proqnozlar ona aid olacaq ki, artımlar hansı aydan və hansı məbləğdə olsa, DSMF-nin büdcəsi buna davam gətirər».

 

S.Müslümov xatırladıb ki, pensiya artımı sonrakı bütün dövrdə qüvvədə olduğundan, bütün məsələləri nəzərə almaq lazımdır: «Yəni tək bu ili düşünmək olmaz, ona görə də azı 3 illik proqnozlarımızda müvafiq variantları çıxarmaq lazımdır. Artıq ilk 2 ayın nəticələrinə görə fondun daxilolmaları proqnozları 15% üstələyir. Bu o deməkdir ki, bizə pensiya artımını təmin etmək üçün kifayət qədər vəsait daxil olacaq. İndi sonuncu variantlarla da tanış olandan sonra fondun adından öz təkliflərimizi ölkə rəhbərliyinə təqdim edəcəyik».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR