Bank Of Baku

Azərbaycanda peşə təhsili müəssisələrində müəllimlərin attestasiyadan keçirilməsi qaydası açıqlanıb

Azərbaycanda peşə təhsili müəssisələrində müəllimlərin attestasiyadan keçirilməsi qaydası açıqlanıb
# 26 dekabr 2013 12:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili müəssisələrində müəllimlərin attestasiyadan keçirilməsi məsələsinə aydınlıq gətirib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə,  ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin attestasiyadan keçirilməsi mexanizmi yeni strategiyada ümumi attestasiya qaydalarının tərkibində baxılacaq. Bu zaman ilk peşə-ixtisas təhsili müəssisələrinin xüsusiyyəti nəzərə alınacaq. İlk peşə-ixtisas təhsili sisteminin özünəməxsus xüsusiyyəti nəzərə alınaraq bu zaman mühəndis-pedaqoji heyətin nəzəri bilikləri ilə yanaşı, müəyyən formada praktik bacarıqlarının da qiymətləndirilməsi ilə əlaqədar mexanizm yaradılacaq. Bu, əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan istehsalat təlimi ustalarına aid ediləcək. Attestasiyadan müvəffəqiyyətlə keçmiş mühəndis-pedaqoji heyət üçün differensiallaşdırılmış əmək haqqı formulu tətbiq edilə biləcək ki, bu da mühəndis-pedaqoji heyət arasında rəqabətin və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR