Bank Of Baku

Azərbaycanda sədr müavini azərbaycanlı olmayan xarici QHT fəaliyyət göstərə bilməyəcək

Azərbaycanda sədr müavini azərbaycanlı olmayan xarici QHT fəaliyyət göstərə bilməyəcək
# 17 dekabr 2013 11:29 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Əlavə və dəyişikliklərdən biri odur ki, Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq istəyən əcnəbilərə şərt tətbiq olunacaq. Qanunun 7.5-ci maddəsinə edilən əlavəyə əsasən, əcnəbilər ölkədə təşkilat yaradarkən mütləq özlərinə müavin olaraq Azərbaycan vətəndaşı götürməli olacaqlar. Əlavədə deyilir ki, əcnəbi və ya vətəndaşlığı olmayan, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.

 

Digər dəyişikliyə əsasən, Azərbaycanda ləğv olunan qeyri-hökumət təşkilatları (QHT) əmlaklarını hansı məqsədlərə sərf edəcəkləri barədə dövlətə rəsmi bilgi verməli olacaqlar. QHT ləğv edildikdə, öz əmlakının müvafiq məqsədlərə yönəldilməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyi) təqdim etməlidir.

 

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR