Bank Of Baku

Azərbaycanda sürüşmə sahələrinin dərin tədqiqinə başlanılıb

Azərbaycanda sürüşmə sahələrinin dərin tədqiqinə başlanılıb
# 18 dekabr 2012 13:00 (UTC +04:00)

 Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə deyib. Onun sözlərinə görə, hazırda təkcə Böyük Qafqazda 200-ə yaxın fəal sürüşmə sahəsi var: “Tədqiqatlar Muğanlı, Girdmançay sürüşmə zonasını, Qəbələ, Oğuz, İsmayıllı və Ağsu rayonlarını əhatə edəcək. Araşdırmalar zamanı sürüşmə sahələrinin 3 ölçülü modeli düzəldiləcək. Bu model bütün ölkə ərazisində olan sürüşmələrin fəaliyyət mexanizmini aşkar etməyə kömək edəcək. Bu metodu bütün sürüşmə sahələrinə tətbiq etmək mümkün olacaq”.

 

Şöbə müdiri deyib ki, tədqiqatlar il yarım-iki il ərzində davam edəcək və nəticələr Azərbaycan Nazirlər Kabinetinə təqdim ediləcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR