Bank Of Baku

Azərbaycanda sürüşmə və uçqun sahələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycanda sürüşmə və uçqun sahələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb
# 07 mart 2013 10:29 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanın sürüşmə və uçqun sahələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb. ETSN-ın Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanovun APA-ya verdiyi məlumata görə, monitorinqin nəticələrinə əsasən, Abşeron yarımadasındakı sürüşmə sahələrində ciddi aktivlik müşahidə olunmur: “Yalnız Zığ sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb. Qalan sürüşmə sahələrində vəziyyət stabildir, ciddi dəyişmə yoxdur. 20-ci sahədə baş verən uçqundan sonra həmin ərazidəki uçqun sahələrində də ciddi aktivləşmə qeydə alınmayıb”.

 

Respublikanın avtomobil yollarındakı sürüşmə sahələrində isə aktivlik artıb: “Demək olar ki, sürüşmə mövcud olan bütün avtomobil yollarında aktivləşmələr qeydə alınıb. Bakı-Şamaxı avtomobil yolunun 104-111-ci km-də aktivlik artıb. Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu km-də də aktivləşmə var. Bu yolda uçqun sahələri də aktivləşib, yeni daş uçqunları əmələ gəlib. Həmin yolun uzunluğu ümumilikdə 53 km-dir. Yolun hər 2-3 kilometrindən bir 11-12 sürüşmə-uçqun sahəsi mövcuddur. Ağsu aşırımında mövcud olan 20-dək sürüşmə sahəsinin hamısında aktivlik müşahidə olunub. Muğanlı-İsmayıllı yolunun 2-11-ci km-dəki sürüşmə sahəsində də aktivlik artıb”.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR