Bank Of Baku

Azərbaycanda təhsil alan fəlsəfə doktorlarının beynəlxalq tələbə cəmiyyətlərinə qoşulmaq imkanları var

Azərbaycanda təhsil alan fəlsəfə doktorlarının beynəlxalq tələbə cəmiyyətlərinə qoşulmaq imkanları var
# 23 fevral 2013 14:17 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda təhsil alan fəlsəfə doktorlarının beynəlxalq tələbə cəmiyyətlərinə qoşulmaq, tədqiqat işlərinin hazırlanmasında birgə əməkdaşlıq etmək imkanları var”. Bunu APA-ya açıqlamasında Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti, Belçikanın Universitetlər üzrə Dövlət Müvəkkili Jan De Qruf deyib. O bildirib ki, Avropa Birliyi çərçivəsində həyata keçirilən “Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları”nın Azərbaycanda akademik standartlar səviyyəsində icra olunması nəzərdə tutulub: “Bu standartlar Avropaya inteqrasiya şəklində həyata keçirilməlidir. İlk növbədə Avropa məkanında həyata keçirilən fəlsəfə doktoru proqramlarının mobilizasiyasını təmin etmək lazımdır ki, bu sahə üzrə təhsil alan tələbələr digər ölkələrdə təhsilini davam etdirmək hüququna malik olsun. Bir sözlə, fəlsəfə doktoru proqramı çərçivəsində təhsil alanların beynəlxalq səviyyədə istiqamətlənməsi, öz biliklərini elmi-tədqiqat işlərinə qoşması, təcrübələrinin qarşılıqlı şəkildə müzakirə edilməsi nəzərdə tutulub. “Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları” çərçivəsində təhsil alanların Avropada tələbə birliklərini yaratmaq, tədqiqat işlərində onlarla birgə əməkdaşlıq nümayiş etdirmək imkanları var. Bunun üçünsə Azərbaycanda kifayət qədər müvafiq imkanlar mövcuddur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR