Bank Of Baku

Azərbaycanda viza blankının doldurulması qaydası müəyyənləşib

Azərbaycanda viza blankının doldurulması qaydası müəyyənləşib
# 02 aprel 2014 10:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Viza blankının doldurulması Qaydası”nı təsdiqləyib.

 

APA-nın verdiyi məlumata görə, viza blankının fərdi olaraq doldurulması qaydasını müəyyən edir.

 

Viza verilməsi haqqında vəsatətə Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilmiş müvafiq sənədlər təqdim edildiyi təqdirdə, həmin Məcəlləyə uyğun olaraq baxılır və viza verilməsi məqsədəuyğun hesab edildikdə viza blankı doldurulur.

 

Viza blankı fərdi qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) “Viza” altsistemi vasitəsilə doldurulur.

 

“Viza” altsistemi vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi üçün İAMAS-la aşağıdakı işlər həyata keçirilir:

 

- viza alan əcnəbinin miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş məlumatları elektron formada optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-ın “Əcnəbilər” informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir;

 

- təqdim olunan məlumatların düzgünlüyü və tamlığı, əldə olan sənədlərə uyğunluğu yoxlanılır, İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır və sistemdaxili razılaşdırma həyata keçirilir;

 

- yoxlamanın və razılaşdırmanın nəticəsindən asılı olaraq qəbul edilən yekun rəy müsbət olduqda, viza blankının çap edilməsinə icazə yaranır və fərdiləşdirilməsi təmin edilir;

 

- viza blankı və onun çap keyfiyyəti xüsusi proqram-texniki vasitə ilə yoxlanılır;

 

- fərdi olaraq doldurulmuş, eləcə də qüsurlu, zədələnmiş və ya korlanmış blankların qeydiyyatı “Blankların uçotu” informasiya resursunda avtomatik aparılır.

 

Viza blankının əllə doldurulması yolverilməzdir.

 

Nazirlər Kabineti “Viza almaq üçün ərizə-anket”in və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunələrini də təsdiqləyib. Bu qərarlar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR