Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatdan keçməyən vətəndaşlar məsuliyyətdən azad edilirlər.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinə dəyişikliklər edilir.
Layihəyə əsasən, “yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama” sözləri maddənin adından, “habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə” sözləri maddənin dispozisiyasından çıxarılır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.