Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Azərbaycanın bəzi ərazilərində qar yağacaq
# 05 mart 2013 09:11 (UTC +04:00)

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə əsasən, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun anomal gedişi gözlənilir ki, gecə və gündüz 2-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxınlaşacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin gecə yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

 

Martın 5-dən 7-dən Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişilməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti soyuq diskomfort hissi yaradacaq ki, bu da meteohəssəs insanlar üçün əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR