Bank Of Baku

Azərbaycanın bəzi yerlərində gecə və səhər duman olacaq

Azərbaycanın bəzi yerlərində gecə və səhər duman olacaq
# 23 dekabr 2013 09:15 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 1-7 dərəcə isti olacağı gözlənilir.

 

Dekabrın 26-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR