Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub küləyi əsəcək, axşama şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında martın 27-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz şimal və qərb rayonlarında yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.