Bank Of Baku

Azərbaycanın mədəniyyət mərkəzlərində mühasibat uçotu aparan attaşelər üçün əlavə əməkhaqqı müəyyənləşib

Azərbaycanın mədəniyyət mərkəzlərində mühasibat uçotu aparan attaşelər üçün əlavə əməkhaqqı müəyyənləşib
# 14 aprel 2014 06:53 (UTC +04:00)

Bakı - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişikliklər edib.

 

APA-nın verdiyi məlumata görə, dəyişiklik Nazirlər Kabinetinin 26 dekabr 2012-ci ildə “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na dəyişiklik edərək  diplomatik nümayəndəliklərdə mühasibat uçotu və hesabatı işlərinin  aparılması üçün maliyyə məsələləri üzrə attaşe vəzifəsinin yaradılması ilə bağlıdır.

 

Bundan sonra Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərində mühasibat uçotu səfirlikdəki mühasib deyil, maliyyə məsələləri üzrə attaşe tərəfindən aparılacaq. Mərkəzlərin bankdakı hesabına daxil olan vəsaitlərin xərclənməsi səfirliklərdəki  maliyyə məsələləri üzrə attaşelərin və mərkəzlərin direktorunun birgə imzası ilə həyata keçiriləcək və Mədəniyyət və Turizm Nazirliyinə müvafiq qaydada maliyyə hesabatları təqdim ediləcək.

 

Nazirlər Kabineti səfirliklərdəki maliyyə məsələləri üzrə attaşelərin mədəniyyət mərkəzlərindəki işlərin müqabilində aylıq əməkhaqqı verilməsinə də qərar verib. Bundan sonra müvafiq əmək müqavilələri imzalanmaqla Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərində aparılan işin həcmi və xüsusiyyətlərində olan fərqlilik nəzərə alınaraq, mədəniyyət mərkəzində mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən səfirliyin maliyyə məsələləri üzrə attaşelərinə onların aylıq əməkhaqlarının əlli faizi məbləğində əlavə əməkhaqqı ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR