Bank Of Baku

Azərbaycanın təhsil naziri: Elmi dərəcələr almaq üçün prosedurlar sadələşdirilməlidir - FOTO

Azərbaycanın təhsil naziri: Elmi dərəcələr almaq üçün prosedurlar sadələşdirilməlidir - <span style="color: red;">FOTO
# 18 dekabr 2012 08:35 (UTC +04:00)

 APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Doktorantların və gənc tədqiqatçıların XVII Respublika Elmi Konfransında çıxışı zamanı deyib.

 

Onun  sözlərinə görə, elmi dərəcələr almaq istəyən gənclər üçün tələb olunan prosedurlar sadələşdirilməlidir: “Avropa ölkələrində gənclər elmlər doktoru dərəcəsi almaq üçün bir o qədər də problemlərlə rastlaşmırlar. Biz nə ediriksə, onların hamısı elmin inkişafına yönəlməli, süni maneələr aradan qaldırılmalıdır. Ona görə də istəyirəm ki, biz hamımız bir söz deyək və prosedurların sadələşdirilməsi üçün işlər görək”.

 

M.Mərdanov qeyd edib ki, Azərbaycanda gənc alimlərin sayı çox azdır: “Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Bu məsələ məni çox narahat edir. Hazırda gənc alimlərin sayı kritik həddə az olmasa da, onların sayının artırılması üçün indidən tədbirlər görülməldir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR