Bank Of Baku

Bakı şəhəri üçün yeni tullantı daşıyan maşınlar alınıb - FOTO

Bakı şəhəri üçün yeni tullantı daşıyan maşınlar alınıb - <span style="color: red;">FOTO
# 16 dekabr 2013 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi «Bərk məişət tullantılarının vahid idarəçiliyi Layihəsi» çərçivəsində Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin, eləcə də 6 rayonun (Binəqədi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Pirallahı) texniki təchizatının yaxşılaşdırılması məqsədilə tullantı daşıyan maşınlar alınıb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə keçirilmiş beynəlxalq tenderin qalibi Türkiyənin «Hidro-Mak» şirkəti ilə müqavilə imzalanıb, Türkiyədə istehsal olunmuş və həcmi 16 kubmetr olan «Ford» markalı 29 ədəd tullantı daşıyan maşın Bakıya gətirilib.

 

Layihə çərçivəsində alınmış tullantı daşıyan maşınların 5-i Binəqədi rayonu, 2-si Qaradağ rayonu, 8-i Xəzər rayonu, 6-sı Sabunçu rayonu, 7-si Suraxanı rayonu və 1-i Pirallahı rayonu üçün ayrılıb və müvafiq rayon icra hakimiyyətlərinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR