Bank Of Baku

Bakıda bərk məişət tullantılarının idarə olunmasına dair 20 illik strategiya hazırlanır

Bakıda bərk məişət tullantılarının idarə olunmasına dair 20 illik strategiya hazırlanır
# 06 mart 2013 13:49 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Bakıda bərk məişət tullantılarının idarə olunmasına dair 20 illik strategiya hazırlanır. APA-nın xəbərinə görə, Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunur ki, bu strategiya Dünya Bankı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinə uyğun olaraq keçirilir. Layihə çərçivəsində 41 qeyri-qanuni tullantı sahəsindən 360 min tondan çox tullantı təmizlənərək Balaxanı poliqonunda zərərsizləşdirilib. Ötən il istismara verilən və illik istehsal gücü 200 min ton olan Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirin azaldılmasına imkan verəcək.

 

2012-ci ildə dövlət sifarişi çərçivəsində 78 obyektdə geoloji-axtarış işləri aparılıb, onlardan əvvəlki illərdən başlanan çöl işləri davam etdirilib, 22 yeni obyektdə, o cümlədən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar 7 yeni obyekt üzrə layihə-smeta sənədləri hazırlanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR