Bakı. Könül Cəfərli – APA. Bu ilin aprelində Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək və əhalinin sosial müdafiəsi nazirlərinin ikinci yığıncağı keçiriləcək. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, toplantıda işsizliyin azaldılması üçün üzv ölkələr arasında əməkdaşlığın artırılması, yeni iş yerlərinin açılması üçün təkliflərin irəli sürülməsi, işçi qüvvəsinin hazırlanması məqsədilə investisiya yatırılması və s. məsələlər müzakirə mövzusu olacaq. Yığıncaqda bəzi qətnamələr qəbul edildikdən sonra məşğulluqla bağlı problemlərin həlli üçün İƏT-in hazırladığı təkliflər planını təsdiqlənəcək.
Qeyd edək ki, İƏT-ə üzv ölkələrin əmək və sosial müdafiə nazirlərinin ilk yığıncağı 2011-ci ildə İstanbulda keçirilib.