Bakı. Könül Kamilqızı - APA. Mayın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Sənaye ili” adı altında ənənəvi IX “Məzun - 2014” yarmarkası keçiriləcək.
ADİU-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yarmarkada 100-dən çox dövlət qurumları, şirkət və banklar iştirak edəcək. Yarmarkada tələbələrə müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, staj keçmə, təqaüd və təcrübə proqramları təqdim olunacaq.
Yarmarka çərçivəsində yerli sənaye və istehlak məhsulları da sərgilənəcək. Həmçinin, yarmarka günü özəl şirkətlər tələbə və məzunlar üçün müxtəlif uduşlu lotereyalar, hədiyyə kampaniyaları, müsabiqələr, mükafatlandırmalar və digər tanıtım tədbirləri həyata keçirəcək.