Bank Of Baku

Bakıda sürüşmə nəticəsində 2 nəfər ciddi xəsarət alıb

Bakıda sürüşmə nəticəsində 2 nəfər ciddi xəsarət alıb
# 13 dekabr 2013 07:42 (UTC +04:00)

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, ciddi xəsarət alanların hər ikisi qadın olub və onlardan biri kəllə-beyin travması, digəri isə bel nahiyəsinin küt zədəsi ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun sözlərinə görə, bütün gün ərzində paytaxtda küçədə sürüşmə nəticəsində qeydə alınan zədələrlə bağlı stansiyaya ümumilikdə 15 müraciət daxil olub. Onlardan 11 nəfəri diaqnozundan asılı olaraq müxtəlif xəstəxanalarda yerləşdirilib, 4 nəfərinə isə yerində ilkin tibbi-yardım göstərilib. Xəsarət alanlar arasında qadınlar üstünlük təşkil edib. Xəstələrin əksəriyyəti yuxarı-aşağı ətraflarda müxtəlif oynaqların zədələnməsi nəticəsində xəsarət alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR