Bank Of Baku

Bakıda taxta bazarında yanğın nəticəsində zəhərlənənlər xəstəxanadan evə buraxılıblar

Bakıda taxta bazarında yanğın nəticəsində zəhərlənənlər xəstəxanadan evə buraxılıblar
# 07 aprel 2014 09:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən gün Bakıda taxta bazarında baş verən güclü yanğın zamanı tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilən 4 nəfərdən ikisinin vəziyyəti yüngül, ikisinin vəziyyəti isə orta-ağır dərəcədə olub.

 

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri olan 1991-ci il təvəllüdlü Xaliq Həsənov, 1973-cü il təvəllüdlü Rəşad Heydərov və 1990-cı il təvəllüdlü Kamran Əliyevin vəziyyəti yüngül olduğu üçün onlara ilki tibbi-yardım göstərilib və müvafiq məsləhətlər verildikdən sonra evə buraxılıblar.

 

Onun sözlərinə görə, yanğın baş verən bazarda işləyən 1984-cü il təvəllüdlü Şamo Dacıyev və 1991-ci il təvəllüdlü Elçin Heydərov vəziyyəti orta-ağır olduğu üçün bir sutka ərzində xəstəxanada qalıblar. Bu gün səhər onların da vəziyyəti stabil və sabit olduğu üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR