Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. O bildirib ki, ötən sutka ərzində - saat 09:00-dan bu gün səhər 09:00-dək stansiyaya 1515 müraciət daxil olub. M. Həmidovun sözlərinə görə, amma adi günlərdə bundan daha çox müraciət daxil olur: “Hər gün stansiyaya orta hesabla 1400-1600 çağırış edilir. Lakin 21 dekabr tarixi ilə bağlı çağırışların sayında ciddi fərq hiss edilməyib. Həm də bu müraciətlər adi günlərdə olduğu kimi müxtəlif səbəblərlə əlaqədar olub. Sırf 21 dekabr tarixində hansısa qorxu, stresslə bağlı müraciətlər yoxdur. Yalnız küçədə nəqliyyatın və insanların azlığı hiss olunur. Bunun səbəblərini araşdırarkən deyirlər ki, çoxları qorxusundan şəhərdən bağlara, rayonlara gedib. Guya ki, şəhərdən qalanlar üçün faciə olacaq, amma bağlarda olanların həyatı üçün heç bir təhlükə olmayacaq. Amma bu günlə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına hansısa müraciətlər daxil olmayıb”.