Bank Of Baku

Bakıda təcili yardım bayram və istirahət günlərində gücləşdirilmiş iş rejimində çalışacaq

Bakıda təcili yardım bayram və istirahət günlərində gücləşdirilmiş iş rejimində çalışacaq
# 15 mart 2013 12:01 (UTC +04:00)

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında deyib ki, gündəlik olaraq stansiyanın 140 briqadası 24 saat ərzində işləyir. Onun sözlərinə görə, sadəcə, çağırışların sayı bir gün az, bir gün çox ola bilər: “Amma bayram günləri çağırışların sayı adi günlərə nisbətən çox olur. Əgər adi gün həkimə 8-10 müraciət daxil olursa, bayram günləri bunların sayı 12-15 olur. Həmin vaxtlar poliklinika və ambulatoriyada istirahət günü olduğuna görə müraciətlərin sayı artır. Təcili yardım stansiyası tərəfindən bayram və istirahət günləri nəzarət daha da artırılır. Belə ki, təcili yardım zamanı dərman tədarükü, maşınların xəttə çıxması, həkimlərin çağırışa getməsində problemin yaranmamasına nəzarət edilir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR