Bakı. Cavid Zeynalov - APA. Bu gün "Akademi Group" Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda Türkiyə Universitetlərinin Təhsil Sərgisi keçirilib.
APA-nın məlumatına görə, 30-a yaxın universitetin iştirak etdiyi sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verilib.
Sərgidə Səlcuq Universiteti, Boğaziçi Universiteti, İstanbul Aydın Universiteti, Bilkənd Universiteti və s. universitetlər iştirak edib. İştirakçı universitetlər pulsuz təhsil imkanları haqqında tələbə və şagirdlərə məlumat veriblər.
Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Durmuş Göçmən bildirib ki, təhsil sərgilərinin keçirilməsi təhsil almaq istəyən gənclərə müəyyən imkanlar yaradılması baxımından əhəmiyyətlidir: "Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı çoxdur. Türkiyə universitetləri dünyada tanınan və nüfuz qazanmış universitetlərdir. Azərbaycanlı abituriyentlərin Türkiyədə təhsil almasını məsləhət görürük".