Bu barədə APA-ya açıqlamasında E
O bildirib ki, son günlər yağan yağışların sürüşmə və uçqun zonalarına necə təsir etməsini öyrənmək məqsədilə günün sonuna kimi monitorinqə başlanacaq.
S. Əmiraslanov qeyd edib ki, bu monitorinqlər zamanı ilk olaraq Zığ, Günəşli, Əhmədli-1, Əhmədli-2 sahəsindəki sürüşmə zonalarına vizual baxış keçiriləcək: “Sonra Bayıl zonasında yuxarı Badamdar və 20-ci sahə ərazisinə baxış keçiriləcək. Bu monitorinqlər sabah başa çatdırılacaq. Qeyd edim ki, son günlər davam edən atmosfer yağıntıları və çöküntüləri hələlik sürüşmə sahələrində ciddi dəyişikliklərə səbəb olmayıb”.