Bank Of Baku

Bakının 4 rayonunda su olmayacaq

Bakının 4 rayonunda su olmayacaq
# 28 noyabr 2013 07:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı şəhərinin 4 rayonunda su kəsiləcək.

 

«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral su xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır.

 

Bununla əlaqədar noyabrın 28-də gün ərzində paytaxtın Yasamal, Nəsimi və Xətai rayonlarının, eləcə də Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR