Bakı – APA-Economics. İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Vaqif prospektində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu işlərlə əlaqədar martın 5-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, C.Hacıbəyli, K.Rəhimov, F.X.Xoyski, Təbriz və Ağa Nemətulla küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.