Bank Of Baku

Bayram günlərində Səhiyyə Nazirliyi gigiyenik və epidemioloji vəziyyətə nəzarət edəcək

Bayram günlərində Səhiyyə Nazirliyi gigiyenik və epidemioloji vəziyyətə nəzarət edəcək
# 14 mart 2013 08:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Novruz bayramı günlərində Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımov deyib. O bildirib ki, həmin tarixlərdə günün 24 saatında növbətçilik sistemi yaradılacaq və mütəxəssislər buna uyğun olaraq fəaliyyət göstərəcəklər: “Respublikanın müxtəlif ərazilərində hər hansı bir hal baş verərsə, mərkəzə daxil olmuş müraciət əsasında lazımi tədbirlər görüləcək. Bayramqabağı təşkil olunan kənd təsərrüfatı yarmarkalarında da yerli epidemiologiya mərkəzlərinin nümayəndələri fəaliyyət göstərəcək. Onlar yarmarka zamanı ətrafdakı epidemioloji və sanitar qaydalara necə əməl olunmasına nəzarət edəcəklər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR