Bakı. Etibar Məmmədov – APA. “Kənd Təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Bərdədə aşkarlanmış mənşəyi bilinməyən 20 ton ətə görə, Bərdə Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib.
S. Rüstəmova qeyd edib ki, mənşəyi bilinməyən ətlərin satışına qarşı ciddi tədbirlər planı hazırlanıb və bütün rayonlar hazırda tədbirlər planına uyğun olaraq, ciddi nəzarətdədir.