Bakı. Könül Kamilqızı – APA. Növbəti tədris ilindən Azərbaycanda bəzi peşə təhsili ixtisaslarının sayı azaldıla bilər. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib. O bildirib ki, bu gün ölkədə peşə ixtisasları arasında İKT, incəsənət, avtomobil kimi sahələrə tələbat daha çoxdur: “Amma metallurgiya, dağ-mədən işləri kimi sahələrə insanlar az müraciət edirlər. Ona görə də tələbdən asılı olaraq bu kimi ixtisasların azaldılması həyata keçirilə bilər. Növbəti il üçün də həmin ixtisasların azaldılması gözləniləndir. Sadəcə bu proses planlaşdırma dövründə həyata keçirildiyindən indidən konkret bir söz demək çətindir”.