Bank Of Baku

BMT-nin qadınlara qarşı zorakılıq məsələləri üzrə xüsusi məruzəçisi Bakıya gəlib

BMT-nin qadınlara qarşı zorakılıq məsələləri üzrə xüsusi məruzəçisi Bakıya gəlib
# 25 noyabr 2013 09:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. BMT-nin xüsusi məruzəçisi Raşida Mançu bu gün Azərbaycana gəlib.

 

BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi qadınlara qarşı zorakılıq məsələlərini tədqiq etməkdir. Bu, Raşida Mançunun BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertin dünyada qadınlara qarşı zorakılıq hallarını müşahidə etmək və hesabat hazırlamaq məqsədilə Azərbaycana ilk səfəridir.

 

Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq bütün dünyada ən çox yayılmış insan hüquqları pozuntularından biridir: “Bu, qadınların əsas hüquq və azadlıqlarından tam şəkildə yararlanmasına ciddi maneçilik törədir. Missiya müddətində ölkədə mövcud olan vəziyyətin qiymətləndirilməsi məqsədilə qadınlara qarşı zorakılığa qarşı mübarizədə iştirak edən milli maraqlı tərəflərlə görüşlər keçirəcəyəm”.

 

Xüsusi məruzəçi ailədə, icmada, dövlət strukturlarında və transmilli sferadakı əsas təzahürləri araşdıraraq, eləcə də səbəb və nəticələri vurğulayaraq, Azərbaycanda baş verən insidentlərə səbəb olan bütün müvafiq məsələləri nəzərə almaqla qadınlara qarşı zorakılıq məsələsinə geniş spektrdən yanaşacaq.

 

On gün davam edəcək səfər müddətində R.Mançu Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində hökumət nümayəndələri, vətəndaş cəmiyyəti və xidmət təminatçılarının təmsilçiləri ilə də bir araya gələcək, eləcə də gender əsaslı zorakılığın ayrı-ayrı qurbanları ilə üzbəüz görüşmək üçün sığınacaqlara və qadın həbsxanasına baş çəkəcək.

 

Səfər dekabrın 5-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR