Bank Of Baku

BMT: Xaricdə sığınacaq axtaranların siyahısında Suriya və Rusiya vətəndaşları liderlik edir

BMT: Xaricdə sığınacaq axtaranların siyahısında Suriya və Rusiya vətəndaşları liderlik edir
# 27 mart 2014 09:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə BMT-nin qaçqınların işi üzrə Ali komissarının İdarəsinin yeni hesabatında deyilir.

 

2013-cü ilin nəticələrinə əsasən, sığınacaq istəyənlərin reytinqində Azərbaycan 33-cü yerdə qərarlaşıb.

 

Region ölkələrində müvafiq göstərici bir neçə dəfə artıqdır. Belə ki, ötən il Avropa Birliyi ölkələrində 4492 nəfər Ermənistan vətəndaşı (25-ci yer) və 8346 nəfər Gürcüstan vətəndaşı (13-cü yer) sığınacaq istəyib. 

 

Ümumillikdə 2013-cü ildə 44 Qərb ölkəsində sığınacaq axtaranların sayı ötən il ilə müqayisədə 28% artıb. Ötən il Şimali Amerika, Avropa, Şərqi Asiya və Sakit okean regionunda 612 700 nəfər sığınacaq almaq üçün müraciət edib. Bu, 2011-ci ildən başlayaraq ən yüksək göstəricidir.

 

2013-cü ildə Avropanın 38 ölkəsində sığınacaq almaq üçün 484 600 müraciət edib. Qaçqın statusunu əldə etmək istəyənlər üçün ən cəlbedici ölkələr Almaniya, Fransa və İsveç olub. Bu siyahıda Şimali Amerika ikincidir – 98 800.  

 

Xarici ölkələrdə sığınacaq axtaranların siyahısına Suriya vətəndaşları başçılıq edir. İki il ərzində siyahının lideri olmuş Əfqanıstan üçüncü yerdə qərarlaşıb. İkincilik isə Rusiyaya nəsib olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR