Bank Of Baku

BMT baş katibi Beynəlxalq Miqrantlar günü ilə bağlı müraciət yayıb

BMT baş katibi Beynəlxalq Miqrantlar günü ilə bağlı müraciət yayıb
# 18 dekabr 2012 10:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Beynəlxalq Miqrantlar günüdür. BMT baş katibi Pan Ki Mun bu münasibətlə ictimaiyyətə müraciət edib. BMT-nin Bakı Ofisindən APA-ya verilən məlumata görə, baş katib müraciətində dünya miqyasında 214 milyondan çox miqrant olduğunu və  bu insanların öz ölkələrindəki çətin şəraitdən qaçarkən insan hüquqlarının pozulması, yoxsulluq və ayrı-seçkilik kimi daha böyük problemlərlə üzləşdiyini vurğulayıb: “Bu miqrantların qorxu və əminsizlikdən daha güclü hiss olan yaxşı həyata ümid və cəsarətləri var. Bu insanlara düzgün dəstək göstərilərsə, onlar cəmiyyətin inkişafına böyük töhfə verə bilərlər. Miqrasiya haqlı olaraq dünya ictimaiyyətinin marağını hər gün bir az daha çox cəlb edən qlobal məsələdir. Gələn il, BMT Baş Assambleyası üzv dövlətlər və tərəfdaşlarına əmək mobilliyini asanlaşdırmaq, davamlı inkişafa nail olmaq və miqrantların, xüsusilə qadın və qızların hüquqlarını müdafiə etmək məqsədilə praktiki tədbirlər planını müzakirə etmək şansı verən Beynəlxalq Miqrasiya və İnkişaf mövzusunda yüksək səviyyəli və sayca ikinci dialoqunu keçirəcək. Qlobal iqtisadi və maliyyə böhranının yaşandığı bir zamanda miqrantların hüquqlarına diqqətin ayrılması  xüsusilə önəmlidir”.

 

Baş katib Beynəlxalq Miqrantlar Günündə, üzv dövlətləri bu məsələ ilə bağlı bütün sənədləri təsdiqləməyə və  həyata keçirməyə çağırıb: “Harada olmağından və hansı statusa sahib olmağından asılı olmayaraq  bütün miqrantların hüquqlarının müdafiəsini necə təmin edə biləcəyimiz barədə prinsipial, praktik və yaradıcı müzakirəni təşkil etməyə çağırıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR