Bank Of Baku

Böyük Britaniya universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar

Böyük Britaniya universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar
# 01 aprel 2014 14:20 (UTC +04:00)

Bakı – APA. Böyük Britaniyanın Aberdin Universitetinin Beynəlxalq əlaqələr və tələbə qəbulu üzrə əməkdaşı Devid Stoll və Robert Qordon Universitetinin Korporativ inkişaf üzrə əməkdaşı Reni Raper Bakı Ali Neft Məktəbində (BANM) olublar.

 

BANM-dən APA-ya verilən məlumata görə, qonaqlara məktəbin fəaliyyət strategiyası  haqqında ətraflı məlumat verən ali məktəbin rektoru E. Qasımov bildirib ki, həyata keçirilən təhsil islahatlarının başlıca məqsədi müasir təlim və tədris texnologiyalarına yiyələnməklə, ölkənin təhsil sisteminin ən yüksək səviyyədə inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsidir.

 

E. Qasımov qeyd edib ki, BANM-in yaranması və qısa zaman ərzində yüksək nailiyyətlər əldə etməsi bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir.

 

BANM-ə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor bildirib ki, bu ali təhsil ocağının hazırladığı yüksəkixtisaslı kadrlar transmilli şirkətə çevrilmiş  ARDNŞ-də, eyni zamanda BP, Total, Statoil və s. bu kimi şirkətlərdə fəaliyyət göstərəcəklər.

 

E. Qasımov ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, BANM-in önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.

 

Böyük Britaniyanın Aberdin  və Robert Qordon universitetlərinin mühəndislik ixtisasları üzrə dünyanın ən güclü ali təhsil müəssisələrindən olduğunu vurğulayan rektor qeyd edib ki, müxtəlif  təhsil və tədris proqramlar çərçivəsində bu universitetlərlə əməkdaşlıq etmək məqsədəmüvafiqdir.

 

Daha sonra BANM ilə Aberdin və Robert Qordon universitetləri arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR