Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar noyabrın 29-da saat 17:00-dək Ağdaş şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 18:00-dək Şamaxı, Balakən, Yevlax şəhərləri daxil olmaqla rayonların bir hissəsinə, saat 19:00-dək Astara rayonunun bir hissəsinə, saat 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 14:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 17:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 18:00-dək Qazax, Ucar və Qaradağ rayonlarının bir hissəsinə, saat 12:00-dan 14:00-dək Salyan rayonunun bir hissəsinə, saat 14:00-dan 17:00-dək Bakının Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.