Bank Of Baku

Bu gün respublikanın bütün təhsil müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr edilib

Bu gün respublikanın bütün təhsil müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr edilib
# 25 fevral 2013 07:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün ali, orta ixtisas, ümumtəhsil, ilk peşə-ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr edilib. APA-nın xəbərinə görə, bu proses təhsil naziri Misir Mərdanovun Xocalı soyqırımının 21-ci ildönümünün keçirilməsi barədə imzaladığı əmrə əsasən həyata keçirilib. İlk dərs saatında məktəblilər və tələbələrə Xocalı ilə bağlı müxtəlif məlumatlar verilib.

 

Qeyd edək ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı ali və orta ixtisas təhsil müəssisələrinin internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil ediləcək, ümumtəhsil, ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçiriləcək, tamaşalar hazırlanacaq, sənədli və bədii filmlərin nümayişini təşkil etdiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR