APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, hazırda günəşin diskində 6 böyük regionun aktivliyi və 78 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Proqnozlaşdırılan günlərdə Günəş aktivliyinin orta səviyyədə olacağı gözlənilir. Ümumi (planetar) geomaqnit vəziyyət aprelin 12-də və 13-də həyəcanlı, aprelin 14-də isə orta-həyəcanlı olacaq.
Geomaqnit həyəcanlanması və meteoroloji şəraitin tez-tez, kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlılar, uşaqlar və meteohəssas insanların səhhətində aprelin 12-də və 13-də gün ərzində, aprelin 14-də isə qismən narahatlıq-diskomfort hissi yaradacaq. Meteohəssas olmayan sağlam insanların isə heç bir narahatçılığa gərək yoxdur.