Bank Of Baku

Bu il Azərbaycanda 680-dən çox müəllif əsəri qeydiyyatdan keçib

Bu il Azərbaycanda 680-dən çox müəllif əsəri qeydiyyatdan keçib
# 21 dekabr 2012 13:46 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bu il ərzində Azərbaycan Müəllif Hüquqları Agentliyi (MHA) tərəfindən 680-dən çox əsər qeydiyyatdan keçirilib. Bu barədə APA-ya MHA-nın hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. Onun sözlərinə görə, bu ilin əvvəlindən Agentlikdə əsərlərin elektron qeydiyyat sisteminin tətbiqinə başlanılıb. İndiyədək MHA-da 8500 əsər qeydiyyatdan keçirilib.

 

X. Həsənli deyib ki, il ərzində yaradıcı şəxslərin əsərlərindən istifadəyə görə ədalətli haqq almaq hüquqlarının təmin edilməsi müəllif-hüquq sahəsində dövlət nəzarətinin əsas prioritetlərindən biri olaraq qalır: “2012-ci ildə istifadəçi təşkilatlar tərəfindən hesablanmış 73 min manata yaxın müəllif qonorarı müvafiq qaydada elektron kartlar vasitəsi ilə müəlliflərə (hüquq sahiblərinə) ödənilib, həmçinin Azərbaycan müəlliflərinin əsərlərindən xaricdə istifadəyə görə hesablanmış 14 min manata yaxın qonorar təyinatı üzrə çatdırılıb. Eyni zamanda müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəetmə sisteminin gücləndirilməsi məqsədi ilə qonorar yığımını həyata keçirən kollektiv idarəetmə təşkilatlarına mütəmadi olaraq zəruri metodiki yardım göstərilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR