Bank Of Baku

Bu il Azərbaycanda daha 45 çoxmərtəbəli binaya qaz verilib

Bu il Azərbaycanda daha 45 çoxmərtəbəli binaya qaz verilib
# 31 mart 2014 13:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 45 çoxmərtəbəli binaya qaz verilişi təmin olunub.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi bu ilin yanvar-mart aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 45 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

 

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5 565 mənzil var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR