Bank Of Baku

Bu il Azərbaycanda yeni doğulmuş uşaqlara verilən adların siyahısı açıqlanıb

Bu il Azərbaycanda yeni doğulmuş uşaqlara verilən adların siyahısı açıqlanıb
# 18 oktyabr 2013 12:56 (UTC +04:00)

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 2013-cü ildə doğulmuş oğlan uşaqlarına ən çox verilən ad Yusif olub. 2512 oğlan uşağına Yusif adı verilib. Daha sonra üstünlük təşkil edən oğlan adları Əli (1786), Hüseyn (1621), Məhəmməd (1214), Murad (1068), , Kənan (710), Fərid (567) adları olub.

 

Qız adlarından ən çox üstünlük verilən ad isə Zəhra adı olub. Belə ki, 2371 nəfərə bu ad verilib. Daha sonra üstünlük təşkil edən adlar Nuray (2006), Fatimə (1832), Zeynəb (1159), Xədicə (1000),  Fidan (838) adları olub.

 

Onu da qeyd edək ki, ötən il də üstünlük təşkil edən adlar Yusif (2649) və Zəhra (2430) olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR