Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, zəhərlənmə nəticəsində 83 nəfər zərər çəkib. Onun sözlərinə görə, ötən ay ərzində 4 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 7 nəfər zərər görüb.
Ümumilikdə bu ilin ilk rübü ərzində Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin statistik göstəricilərinə gəlincə, İ. Abdullayev qeyd edib ki, ötən müddətdə əhali arasında 197 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 216 nəfər zərər çəkib. Onun sözlərinə görə, ötən 3 ay ərzində 11 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 17 nəfər zərər görüb. Zəhərlənmə nəticəsində ölən olmayıb.