Bakı-APA. Martın 29-30-da Azərbaycanın cənub bölgəsində yerləşən rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cəlilabad rayonunun bir hissəsinə, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.
Buna səbəb “Astara-Qazıməmməd” magistral qaz kəmərində əmələ gəlmiş qaz sızmalarının ləğvi ilə əlaqədar aparılan işlərdir.