Bank Of Baku

DBX rəisi: “Azərbaycanda kefal balıqlarının satışına qadağa qoyulmayıb”

DBX rəisi: “Azərbaycanda kefal balıqlarının satışına qadağa qoyulmayıb”
# 15 mart 2014 10:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycanda kefal balıq növünün satışına qadağa qoyulmayıb.

 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova bildirib.

 

S. Rüstəmova qeyd edib ki, Xəzərin İran sahillərində kefal balıqlarının kütləvi ölümü ilə əlaqədar Azərbaycanda da monitorinqlər aparılır: “Monitorinqlərlə bağlı hər gün mütəmadi məlumat alırıq. Monitorinqlərin nəticəsinə görə, Azərbaycanın Xəzər sahillərində belə hal müşahidə olunmayıb. Ona görə də biz bu növ balıqların satışına qadağa qoymamışıq”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR