Bank Of Baku

Dənli və texniki bitkilərin yığılması zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə tədbir keçirilib - FOTO

Dənli və texniki bitkilərin yığılması zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 15 aprel 2014 13:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti rayonlarda dənli və texniki bitkilərinin emalı zamanı yanğın hadisələrin qarşısının alınması üçün tədbir keçirib. Xidmətdən APA-ya verilən məlumata görə,  qurum dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə ilk tədbir «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Göygöl aqroservis filialında  baş tutub.

 

“Aqrolizinq” Açıq  Səhmdar Cəmiyyətinin Göygöl aqroservis filialında keçirilən  yanğına qarşı təbliğat xarakterli tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilmiş, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilmiş, texnikaların təchiz edildiyi  yanğınsöndürmə  vasitələrinin  yararlığı yoxlanılmış, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.

 

«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin   Göygöl  aqroservis filialında  Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən təşkil olunmuş yanğın texniki sərgi   maraqla qarşılanmış, kənd təsərrüfatı işçilərinin dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydaları haqqında bilgilərini  artırıb.

 

Tədbirdə Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Göygöl  aqroservis filialının işçilərinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi  qaydalarını təbliğ edən   plakatlar   paylanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR