Bakı – APA. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev noyabrın 29-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, görüş saat 11:00-da Şirvan Gömrük İdarəsinin inzibati binasında keçiriləcək.
Qəbulda bu bölgədə yerləşən Şirvan şəhəri, həmçinin Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.